Prezident
Yeniliklər

 Talıbov Adil Əhməd oğlu

   (Prezident)

  

  1957-ci ildə Memar Əcəminin vətəni Naxçıvan  şəhərində  anadan  olub.1974-cü ildə Ə.Əzimzadə adına rəssamlıq məktəbinə daxil olub 1981-ci ildə oranı fərqlənmə  diplomu ilə  bitirib.1981-1987-ci illərdə İnşaat İnstitutunun memarlıq fakültəsini bitirib.1981-ci ildən rəssamlıq, daha sonra isə memarlıq fəaliyyətinə başlayıb.Rəssamlıq fəaliyyətində əsasən portret janrında çalışır.30 ildən çox iş təcrübəsinə malikdir. Memarlıq fəaliyyətində bir çox layihələrin müəllifidir. Azərbaycan Rəssamlar İttifaqının və Memarlar İttifaqının üzvüdür. Onun layihəsi əsasında  Bakıda “Naxçıvan” özəl universitetinin tədris korpusu, Naxçıvanda “Naxçıvan” özəl universitetinə məxsus  İdman  Kompleksi ,eləcə də respublikamızın digər rayonlarında çoxlu sayda binalar,villalar tikilmiş və parklar salınmışdır.Adil  Talıbovun  layihəsi əsasında Türkiyənin  Ceyhan şəhərində  «Azərbaycan Türkiyə Dostluq Parkı» salınmışdır. Bu layihəyə görə ona “Ceyhanın  fəxri  vətəndaşı” adı verilmişdir.

2013-06-12
Nəzərinizə çatdırırıq ki, şirkətimiz bütün növ İT xidmətlərini göstərir.