Konstruktorlar
Yeniliklər

 Əliyev Arif Əbdülsəməd oğlu

(Baş Konstruktor)

 

1938-ci ildə Bakı şəhərində anadan olub.1957-1960-cı illərdə Balıq Sənaye Texnikumunu,1963-1968-ci illərdə Politexnik İnstitutunu bitirərək “İnşaat mühəndisi” ixtisasını almışdır. 40 ildən artıq iş təcrübəsi var. SSRİ dövründə ölkəmizdə tikilən mühüm obyektlərin, eləcə də H.Əliyev adına İdman Kompleksi, “Günel”MMC üçün 14 mərtəbəli ofis binası, Naxçıvanda 12 mərtəbəli mehmanxana, bununla yanaşı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində və respublikanın digər rayonlarında mehmanxanalar, mədəniyyət sarayları, idman kompleksləri, xəstəxanalar, ticarət mərkəzləri, təhsil müəssisələri, ofislər və çoxmərtəbəli yaşayış binaları  Arif  Əliyevin konstruksiya layihəsi əsasında  inşa  edilib.“FATEH”  şirkəti yarandığı  gündən  şirkətin  Baş konstruktoru  vəzifəsində  çalışır.


   Ələkbərova İradə Böyükağa qızı

  (İcraçı konstruktor)

 

1967-ci  ildə Bakıda anadan olub.1985-1988-ci  illərdə Bakı  Politexnik Texnikumunun “İnşaat hissələri” fakultəsini bitirmişdir.Texnikumu bitirdiyi vaxtdan öz ixtisası üzrə işləyir.2009-cu ildən "FATEH" şirkətində “İcraçı konstruktor” vəzifəsində  çalışır.Konstruktiv cizgilərin icrasında böyük təcrübəyə malikdir,işində dəqiq və məsuliyyətlidir.

 

 

 

2013-06-12
Nəzərinizə çatdırırıq ki, şirkətimiz bütün növ İT xidmətlərini göstərir.