Haqqımızda
Yeniliklər

 Şirkətimizi sizə təqdim etməkdən böyük məmnunluq duyur və  marağınız üçün əvvəlcədən təşəkkürümüzü bildiririk. Fateh şirkəti fəaliyyətinə 1989-cu ildə Naxçıvan Muxtar Respublikasında bir çox bina və qurğuların layihələndirilməsi ilə başlamışdır. Şirkət 1999-cu ildən Bakı şəhərində fəaliyyət göstərir. Yarandığı gündən yüksək keyfiyyəti, davamlı inkişafı və peşəkarlığı əlində rəhbər tutan şirkətimiz, fəaliyyət göstərdiyi illər ərzində Respublikamızda və ölkədən kənarda çoxlu sayda layihələr həyata keçirmişdir. Hal-hazırda Fateh şirkəti hər cür layihə, təmir, tikinti və dizayn işlərinin öhdəsindən yüksək səviyyədə gəlir. Bu da Fateh şirkətinin işinin yüksək ixtisaslı, uzun illərin təcrübəsinə dayanan bacarıqlı mütəxəsislərdən təşkil olunan heyət vasitəsi ilə reallaşdırmasının göstəricisidir. Professionallığımız həmişə öndə olmağımıza, sifarişçilərimizə mükəmməl xidmət göstərməyimizə və onların bütün istəklərini yerinə yetirməyimizə şərait yaratmışdır.Bəllidir ki, dünyada artan ehtiyaclar, inkişaf edən texnologiya ilə birlikdə insanlar daha modern, daha keyfiyyətli və daha gözəl evlər, iş yerləri, ticarət mərkəzləri və s. ilə təmin olunmaq istəyirlər. Buna görə də biz sifarişçilərimizə geniş imkanlar, əlverişli şərtlər yaradaraq işimizi bu istiqamətdə inkişaf etdiririk. Bütün bunlara nail olmaq üçün şirkətimiz daim tikintinin müasir metodlarına, beynəlxalq standartlara yiyələnir və fəaliyyətində tətbiq edir. Məhz bunun nəticəsi olaraq Fateh şirkətinin layihələri bütün parametrlərinə görə öz orijinallığı ilə seçilir və müasir tələblərə cavab verir.

2013-06-12
Nəzərinizə çatdırırıq ki, şirkətimiz bütün növ İT xidmətlərini göstərir.