Almanya
Yeniliklər

  FATEH şirkəti xarici əlaqələrin inkişafına da böyük önəm verir. Burada əsas prinsip ən yeni texnologiyanı və yüksək keyfiyyəti Azərbaycan tikinti sektorunda tətbiq etməkdir. Buna görə də şirkətimiz inşaat qəlibləri istehsalına görə dünyada qabaqcıl yer tutan PASCHAL alman firmasının Respublikamızda rəsmi nümayəndəliyini həyata keçirir. 1964-cü ildə Josef Maier tərəfindən qurulan firma artıq qəlib sahəsində brendə çevrilmişdir. Firma dünyanın 50-dən çox ölkəsində öz məhsullarının satışını həyata keçirir. PASCHAL firması aşağıdakı xidmətləri göstərir:

  • Layihələrin qəlib planlamasının aparılması və qiymətin çıxarılması
  • Tikinti obyektində sizin işçilərinizi təlimatlandırmaq  üçün montajçı ilə  təmin etmək
  • Baş müəssisədə qəliblərlə bağlı seminar və təlimlərin təşkili
  • Xüsusi və spesifik tikintilər üçün qəliblərin istehsalı

Qeyd edək ki, uzun müddətli istidifadəyə yararlı olan inşaat qəlibləri ilə tiklilər - 

  • daha rahat, 
  • daha qənaətli, 
  • daha təhlükəsiz,
  • daha keyfiyyətli  inşa edilir.  Bu da tikililərin uznömürlü olmasına zəmanət verir.

        Ölkəmizdə qəliblərin əldə edilməsini asanlaşdırmaq məqsədi ilə şirkətimiz yaxın zamanlarda qəliblərin icarəyə verilməsini də təşkil edəcəkdir. 

  

2013-06-12
Nəzərinizə çatdırırıq ki, şirkətimiz bütün növ İT xidmətlərini göstərir.